Song Page - Lyrify.me

Lyrify.me

Sadəcə Sevdim by lqar Muradov Lyrics

Genre: pop | Year: 2008

[Bənd 1]
Səni sevdim gündən-günə
Daha dolğun, daha incə
Düşünmədən, daşınmadan
Bər-bəzəksiz, çox sadəcə

Səni sevdim yenə həsrət
Yağış kimi, leysan kimi
Səni sevdim, gözəlliyə
Heyran olan kimi

[Nəqərat]
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə

[Bənd 2]
Mahnılarda anılmadım
Dastanlarda yoxdur adım
Kərəm ünlü aşiqlərin
Cərgəsində yer almadım
İçimdəki ağrıların
Atəşindən kül olmadım
İçimdəki ağrıların
Atəşindən kül olmadım

[Nəqərat]
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə

[Bənd 3]
Məcnun olub dərdli eşqlə
Səhralara üz tutmadım
İnsanlardan uzaq düşüb
Ceyran-cüyür ovutmadım

Xəyallara səcdə qılıb
Vüsalını unutmadım
Xəyallara səcdə qılıb
Vüsalını unutmadım

[Nəqərat]
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə
Sadəcə çox sevdim səni
Səni sevdim çox sadəcə