Bəsimdir by lqar Muradov Lyrics
[Bənd 1]
Bu dünyadan yox bir qeyri təmənnam
Bahar vaxtı gül töhfəsi bəsimdir
Şəlalənin istəyinə heyranam
Bulaqların zümzüməsi bəsimdir
Səni deyib yaşamışam hər zaman
Bu sevdada mən bir damla, sən ümman
Bu ümmanda səbrim ilə oynayan
Dalğaların kükrəməsi bəsimdir
[Nəqərat]
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
[Bənd 2]
Yoxluğumu eşidəndə bir səhər
Hücum çəkər üzərinə qəm, kədər
Gülüm, səni incitməsin bu qədər
Göz yaşının bir damlası bəsimdir
Səni deyib yaşamışam hər zaman
Bu sevdada mən bir damla, sən ümman
Bu ümmanda səbrim ilə oynayan
Dalğaların kükrəməsi bəsimdir
[Nəqərat]
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Bəsimdir...
Bu dünyadan yox bir qeyri təmənnam
Bahar vaxtı gül töhfəsi bəsimdir
Şəlalənin istəyinə heyranam
Bulaqların zümzüməsi bəsimdir
Səni deyib yaşamışam hər zaman
Bu sevdada mən bir damla, sən ümman
Bu ümmanda səbrim ilə oynayan
Dalğaların kükrəməsi bəsimdir
[Nəqərat]
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
[Bənd 2]
Yoxluğumu eşidəndə bir səhər
Hücum çəkər üzərinə qəm, kədər
Gülüm, səni incitməsin bu qədər
Göz yaşının bir damlası bəsimdir
Səni deyib yaşamışam hər zaman
Bu sevdada mən bir damla, sən ümman
Bu ümmanda səbrim ilə oynayan
Dalğaların kükrəməsi bəsimdir
[Nəqərat]
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Ömür keçir, ay dəyişkən, il qısa
Nə gözəldir göz danışa, dil susa
Əgər sənin ürəyində varamsa
Köynəyinin titrəməsi bəsimdir
Bəsimdir...