Song Page - Lyrify.me

Lyrify.me

Eyni Deyil by Xan Makhmudov Lyrics

Genre: rap | Year: 2020

[Nəqarət]
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram

[Bənd 1]
Dönmürsə bu dünya, dayanıb hislərim
Mən özüm özümdən özümü istədim
Yalvarır bədənim, açılmır gözlərim
De mənə neynədim? Denən mənə neynədim?
Səsimlə yaralar sağalmaz heç biri
Bu küçə doğmadır, bir yerdə keçmirik
İçimdə divarlar, bacarırsan, keç birini
Ardında mən varam, ağlımda tək biri
Pas atıb hisləri, gözləri monoton
Qanadsız mələk olum, sən isə qanad ol
Mən sənə gecə olum, sən mənim qaram ol
Hisləri sök çıxar, məni məndən alan ol
Dodaqlar qanlıdır, soyuq onu alıb əsir
Mən ona aşiqəm, ruhum ona aludəçi
Bakı bizə yuvadır, küçələri məni əzir
Yaranacaq öpüşüylə bu sevgi xəritəsi
Hər insan tənhadır ki, özünü axtarır
Bu qədər kin dolu canı necə can alır?
Dodaqlar bağlıdır, ruhundan yaş axır
Bir dəfə susma, de, birazca bərk bağır
[Nəqarət]
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram

[Bənd 2]
Bu sondur, yorğunam, basdırım dözümümü
Tanrıya çatmısan, yum qara gözünü
Hiss gəlir, qorxuram, unuduram özümü
Yaddaşım bulanır, daha silir üzünü
Atmısan hisləri gözləmə zalına
Ruhunu gizlədib gözlədin alınar
Saxladı biraz da, getmədi yanından
Sonunda qarşıla hisləri yalından
Can tapır hislərin, axtarır ölümünü
Qarışaq istəyir, o tapsın özünü bütün
Sevgisi ağlayır, gözündə ölü gülür
Son dəfə gedəndə saxladın ölü gülü

[Nəqarət]
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram
Çoxdandır dəyişib bir şeylər
Həyatı tuta bilmirəm
Hər kəsə gülümsə
Yalan danışıram, utanmıram