Song Page - Lyrify.me

Lyrify.me

Yaz Danışaq by Tibu KM Lyrics

Genre: rap | Year: 2017

[Bənd 1]
Dizini qucaqlayıb, qışqırırdı – “gəl barışaq”
Necə əclaf biriydim, xoşlayırdım tez alışan
Hər gecə yaş nifrətini tökərkən sən ağ balışa
Hər gecə səhifəndəyəm sənin, amma yazmamışam

Yaz danışaq, işlərdən, evindən və sairə
Bir insan dəyişmədi, bu qədər il sonra heç zahirən
Bizi kaş görüşdürməsin, tale adında dairə
Artıq uşaq da deyilik, onda ailə, məndə ailə

Hələ də qoxunun dəlisiyəm ən aclarından
Mən hələ də ürəyinin ağrı verən yamaclarında
Tapırdım eyni rəng, tapmırdım saçlarından
Götür bu qayçını, bir az kəs sarışın saçlarından

Almışdım həyatını sənin, ürəyimi al deyəndə
Mən axı xoşlayırdım getməyi sən qal deyəndə
4 illik sevgidən sonra, dağıdar dostluğunu
Söz verirəm, yazmayacam, qəbul elə dostluğumu
[Nəqərat]
Mənim yalanlarımdan uydunmu?
Söz verirəm, sonuncu qurtumdur
Ürək çətin dözə
Səni yada salıram mən süzə-süzə

Mənim yalanlarımdan uydunmu?
Söz verirəm, sonuncu qurtumdur
Ürək çətin dözə
Səni yada salıram mən süzə-süzə

[Bənd 2]
Bu qüsursuz hisslər pərvanə, başına dönüb
Yuxularda mənim qanlı əllərim saçlarını hörür
Ürəyim vəfat edib, harda ki, gözlərim gülüb
Azı olmayıb, ürəyim sağ qalıbdır gözlərim ölüb

Qürurum zibil qabında olan dərvişəm indi
Demişdim dəyişəcəm, nömrəmi tək dəyişə bildim
Əlimdə qara güllər, bağdan dərmişəm indi
4 il keçməyinə baxmayaraq, qapına gəlmişəm indi

Gördü məni, əşyalar da düşdü əllərindən
Elə bil üzün qırışlanır bir az dərdlərindən
Mənsə həmən oğlan, sənin qəmli vücuduna heyran
Bu ürək ömürlük sənə bağlayıb əhdi-peyman
Razıyam, səhv eləmişdim səni uşaq bilib
Axı bütün ayrılıqlarımız olurdı uşaq kimi
Elədiyin böyük qələtlər və sənin uşaq kinin
Hər şeyi başa düşdüm, yanındakı uşaq kimdir?!

[Nəqərat]
Mənim yalanlarımdan uydunmu?
Söz verirəm, sonuncu qurtumdur
Ürək çətin dözə
Səni yada salıram mən süzə-süzə

Mənim yalanlarımdan uydunmu?
Söz verirəm, sonuncu qurtumdur
Ürək çətin dözə
Səni yada salıram mən süzə-süzə