Song Page - Lyrify.me

Lyrify.me

Qayıtma by Sevda Yahyayeva Lyrics

Genre: pop | Year: 2008

[Bənd 1]
İndi ki, gedirsən son bahar kimi
Qayıtma geriyə durnalar kimi
Yaşa zirvələrdə, yaşa qar kimi
Çevrilib yağışa, selə qayıtma

İndi ki, gedirsən son bahar kimi
Qayıtma geriyə durnalar kimi
Yaşa zirvələrdə, yaşa qar kimi
Çevrilib yağışa, selə qayıtma

[Nəqərat]
İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma

İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma
[Bənd 2]
Sən gəldin ömrümə duman, çən kimi
Yaşarsan saçıma düşən dən kimi
Barı bundan belə yaşa mən kimi
Qoxlayıb atdığın gülə qayıtma

Sən gəldin ömrümə duman, çən kimi
Yaşarsan saçıma düşən dən kimi
Barı bundan belə yaşa mən kimi
Qoxlayıb atdığın gülə qayıtma

[Nəqərat]
İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma

İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma

İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma
İllərim nahaqdan ötdü səninlə
Demirəm, ömür-gün bitdi səninlə
Getdin, nəğmələrim getdi səninlə
İndi qəmli ötən telə qayıtma
Qayıtma…