Ey Ürək by Rhimxan Lyrics
O vəfasız yara etdim səni qurban ey ürək
Düşdüyün dərdə tapılmaz daha dərman ey ürək
Məni bir zindana həbs eylədi öz doğmalarım
Daha axtarma məni olma nigaran ey ürək
Bir gülü sevdi ürək bağladı bel nazlı yara
O gedib qəlbimə köz basdı dərindir bu yara
Yenə özbaşıma bir yol gedirəm bilməm hara
Məni aşiqlər içində elə pünhan ey ürək
Elə bir dərdə düşmüşəm ki tapılmaz bi dəva
Səndə yalnız buraxıb mən yazığa vermə cəfa
Daha gəl insafa yar yoxmudur heç səndə vəfa
O gülün eşqinə etdim ömrü viran ey ürək
Bu həyat aşiqlərə zindan olubdur bilirəm
Səndə mən yazığa gəl ol qara zindan ey ürək
Dedilər sevgidən heç Məcnuna gəlməyib xeyir
Nə bilərdim sevgi olar ölümümə fərman ey ürək
Ona könlümdə məhəbbət yenə vardır ey ürək
Qara gözlərinə həsrət yenə vardır ey ürək
Məni yandırsada ol yar cəhənnəm atəşində
Onun gülüşlərində Cənnət yenə vardır ey ürək
O ki vurmuş məni yerdən yerdən qəlbim yaralı
Necə gülsün ki bu hüsnüm o yarımdan aralı
Gətirsə dərdi qüssəni bizim eşqimizə sarı
Ona könlümdə Mərhəmət yenə vardır ey ürək
Qoşa gəlməz bilirəm sevgidə əsla zərim
Cünki bu yaşda qocalmışdı ürəyim əsir əlim
Bizi öldürsədə qəlbində vəfasız gözəlim
Yaşayan eşqimə Rəhmət yenə vardır ey ürək