Song Page - Lyrify.me

Lyrify.me

Balıqların Duası by Qaraqan Lyrics

Genre: rap | Year: 2014

Yəqin ki qeyri ciddi gəlir, uzun illər şeirlər yazmaq
Mövzular eyni qaranlıq və qaranlıqda azmaq
Geriyə baxma, bu gün nə görürsənsə dünəni eyni
Səkkiz il keçdiyim yollarda qoca dilənir eyni
Yoxmu zaman? Ya başqa işlə məşğul olmaq
Başqa şeydə məşhur olmaq, pul qazanmaq
Daha çox sıfıra sahib olub sevinmək, daha yaxşı geyinmək
Daha çox foto albom fərqli şəkillərdən gülmək
Yəqin ki qeyri ciddi gəlir, bir addım belə dəyişməyib yol
Amma ki həyat ciddiyə almaq üçün çox qısa dost
Bu gün sabah və artığ sarı yarpaqlar
Bir az da qaç ürəydən, büküləcək bel və ayaqlar
Yat daha çox qadınla, dad ətrini saçlarının
Qoy yaddaşında gözəl gözlər dərin nəfəs qalsın
Daha çox şəhərlər gəz, ölkələrdə ol qonaq və
Tüstü şərab və rəqslər davam etsin həvəs qalsın..
Nəfəs alsın və nəfəs versin zəif ağ ciyərlər
Uzun illər yığdığımız qızılları xərcləyək və
Və yetmiş yaşda sonuncu pullara alıb fahişə
Və onun çirkli qollarından sağollaşaraq getmək..
Yenə çəkir tilovunu zaman
Onun toruna düşən balıqlarıq Aman
Deyin varmı Allah, bu qədər çəkdik əziyyət
Yoxsa balıqlarçün olmur cənnət

Çəkir uzun tilovunu zaman
Onun toruna düşən balığlarıq Aman
Kömək etmir Allah, nə qədər çəksək əziyyət
Yəqin balıqlarçün olmur cənnət

Balıqlar yaranır ölməyçün, məqsəd sadəcə üzməydi
Anlamadan dünyanı, sevgini, ruhu
Onlar sadəcə sümükdən və ətdəndir, ölümləri torda
Boğulur quruda və dadlı şam yeməyi olur
Ağaclar da kəsilməyçün, odun olmaqçün, ölmək
Görəsən insanın varmı bir taleyi ya əfsanə
Nağıllardı, bütün müqəddəs kitablar susur və
Tanrı susur inanırığ sözünə ancağ alimlərin
Mənim dinim qoca çinar altında düşüncələr
Mənim sirrim pərdəni açmışam çılpaq pəncərə
Mənsə iblis və tanrı arasında qoymadan fərq
Hər birini dinləməy və Sonda çıxarmaq nəticə
Fəlsəfənlə, ya dərin elmlərlə tapa bilməzsən
Yatmağ istəməyi düşünməklə heç vaxt yata bilməzsən
Kənara da ata bilməzsən içindəki suallar
Cavablar göy qurşağı həm yaxında həm uzağda
Bəlkə elə budur səhv nələrisə düşünməklə
Həyatın ləzzətlərinə xətt çəkməy üç dörd cümləylə
İçimdəki səs səhvdi bəlkə, yox heç nə müqəddəs
Və həyat bitir doğulub, çoxalıb, ölməklə
Yenə çəkir tilovunu zaman
Onun toruna düşən balıqlarıq Aman
Deyin varmı Allah, bu qədər çəkdik əziyyət
Yoxsa balıqlarçün olmur cənnət

Çəkir uzun tilovunu zaman
Onun toruna düşən balığlarığ Aman
Kömək etmir Allah, nə qədər çəksək əziyyət
Yəqin balıqlarçün olmur cənnət