Song Page - Lyrify.me

Lyrify.me

Böl Görüm by OZAN qrupu Lyrics

Genre: rock | Year: 1988

[Giriş]
“Bəxtim, mənə yar ol”-deyib, hey, çağlaram, ay aman
Yar olmasa, de: “Bəxtiyar ol”- görüm
Gələcəyə ümidimi bağlaram, ay aman
Bir an sonra nə olacaq, bil görüm

[Nəqarət]
Dünyamızı yasa, toya bölmüşük
Sevdamızı oda, suya bölmüşük
Ömrümüzü günə, aya bölmüşük
Min arzuya, min diləyə böl görüm, ay aman
Böl görüm

[Bənd]
Yaz ayları qaqqıldayan selmisən, ay aman?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən, ay aman
Hünərin var, ağladanda gül görüm

[Nəqarət]
Dünyamızı yasa, toya bölmüşük
Sevdamızı oda, suya bölmüşük
Ömrümüzü günə, aya bölmüşük
Min arzuya, min diləyə böl görüm, ay aman
Böl görüm
[Körpü]
“Bəxtim, mənə yar ol”-deyib, hey, çağlaram, ay aman
Yar olmasa, de: “Bəxtiyar ol”- görüm
Gələcəyə ümidimi bağlaram, ay aman
Bir an sonra nə olacaq, bil görüm

[Sonluq]
Dünyamızı yasa, toya bölmüşük
Sevdamızı oda, suya bölmüşük
Ömrümüzü günə, aya bölmüşük
Min arzuya, min diləyə böl görüm, ay aman
Böl görüm