Song Page - Lyrify.me

Lyrify.me

Qayıt Gəl by Knan Qdimov Lyrics

Genre: pop | Year: 2021

[Nəqərat]
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram

Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm

[Bənd 1]
Zaman məni, saat məni
Yaman sıxır həyat məni
Boş-boşuna səsləmirəm
Çox şeyi mən istəmirəm

Gülüm ya sev, ucalt məni
Ya öldür, ya yaşat məni
Düzünü desən, incimərəm
Bir daha təkrar demərəm
[Nəqərat]
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram

Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm

[Bənd 2]
O hal məni, bu hal məni
Edibdir halbahal məni
Ömrüm, günüm, ayım, ilim
Sızıldaram ilim-ilim

Fikir məni, xəyal məni
Gəl ki, etməyə lal məni
Bir söz de ki, mən də bilim
Susma belə, nazlı gülüm

[Nəqərat]
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm

[Keçid]
Gəl, məni qopar
Fikir dolu günümdən, sualların əlindən
Gəl, məni apar
Düşüncələr önündən, xəyalların əlindən

[Nəqərat]
Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram

Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm

Gəl gülüm, könül yaram
Sağaldaram aram-aram
Tək istəyin gəlmək ola
Dağı yerindən oynadaram
Gəl, mənim canım-gözüm
Arım, balım, şirin sözüm
Ya hə denən, ya yox denən
Ya əl çəkim, ya da dözüm