Gece by Jamal Ali Lyrics
Otaqda tək işiq, alışqanım
Yaddaşım dolur, köhnə səhifələr.
Mən gecəni sevirəm,
Günəşlə aramda pərdələr
Külək danışır pəncərəmlə,
İkisinin də səsi sirli.
Məcnunu qısqanır səhra,
Onun da yarı, gecə idi.
Mən soruşdum, niyə gedirsən?
Dedi əslində, heç gəlməməliyəm
Amma bilirəm ki gözləyirsən,
Yuxusuzluğuna tab gətirmirəm.
Mən, gecəni sevirəm.
Deyirlər ki o da sevir məni.
Mən, gecəni sevirəm
Deyirlər ki oda sevir məni.
Yənə küçə yox, ruhum boğur
İkimiz tək, sən və mən gecə
Svetoforun qırmızı işığı,
Heç kəs olmasa da gözləyəcəyəm
Gecə dedi keçdi, mən gedim.
Dedim sənsiz darıxacam
Sonra günəş işığı əmr etdi,
Və yox oldu qara sevdan...
Mən, gecəni sevirəm,
Deyirlər ki, o da sevir məni.
Mən, gecəni sevirəm,
Deyirlər ki, o da sevir məni.
Yaddaşım dolur, köhnə səhifələr.
Mən gecəni sevirəm,
Günəşlə aramda pərdələr
Külək danışır pəncərəmlə,
İkisinin də səsi sirli.
Məcnunu qısqanır səhra,
Onun da yarı, gecə idi.
Mən soruşdum, niyə gedirsən?
Dedi əslində, heç gəlməməliyəm
Amma bilirəm ki gözləyirsən,
Yuxusuzluğuna tab gətirmirəm.
Mən, gecəni sevirəm.
Deyirlər ki o da sevir məni.
Mən, gecəni sevirəm
Deyirlər ki oda sevir məni.
Yənə küçə yox, ruhum boğur
İkimiz tək, sən və mən gecə
Svetoforun qırmızı işığı,
Heç kəs olmasa da gözləyəcəyəm
Gecə dedi keçdi, mən gedim.
Dedim sənsiz darıxacam
Sonra günəş işığı əmr etdi,
Və yox oldu qara sevdan...
Mən, gecəni sevirəm,
Deyirlər ki, o da sevir məni.
Mən, gecəni sevirəm,
Deyirlər ki, o da sevir məni.