Song Page - Lyrify.me

Lyrify.me

Qorxuram by Hiss [AZ] Lyrics

Genre: pop | Year: 2020

[Nəqərat]
Qorxuram hamıdan, hamının nəzəri
Adətin əzəli, var adımın bəzəyi
Qorxuram adımdan, adıma söz var
Baxan çox göz var, bacarsan döz qal

Qorxuram yanında, qorxduqca dinmədim
Olduqca şiddətin, denən nədir niyyətin?
Qorxuram alınmaz, dinməyim yaramır
Sənin hər yalanın, bax səbəbidir yaramın

[Keçid]
Aldatdın, bəsdir!
Ağlatdın bəsdir!
Durduqca səssiz mən
Denən nədir qəsdin?!

Aldatdın, bəsdir!
Ağlatdın bəsdir!
Durduqca səssiz mən
Denən nədir qəsdin?!
[Bənd 1]
Sus! Danışsın gözlərin
Sən sus ki, mən danışıram dözməyi
Gözlərində düzü görməyincə bil
Dəyişəcək bu dünyanı hər dəfə ölməyim

Ağladır o vaxt güldürən
Var üzümdə təbəssüm, içimdə gülmürəm
Güclü idim ki, sən güclü idin
Sənin arxanda var idim qalxanda hündürə

Bu sevgi xəstəlikdir, mən oluram yoluxan
İstəmirəm silahımı yenə sənə doğruldam
Vurduğun zərbələr hisslərimə toxunar
İstəmirəm susum ama danışdıqca qorxuram

[Nəqərat]
Qorxuram hamıdan, hamının nəzəri
Adətin əzəli, var adımın bəzəyi
Qorxuram adımdan, adıma söz var
Baxan çox göz var, bacarsan döz qal

Qorxuram yanında, qorxduqca dinmədim
Olduqca şiddətin, denən nədir niyyətin?
Qorxuram alınmaz, dinməyim yaramır
Sənin hər yalanın, bax səbəbidir yaramın
[Keçid]
Aldatdın, bəsdir!
Ağlatdın bəsdir!
Durduqca səssiz mən
Denən nədir qəsdin?!

Aldatdın, bəsdir!
Ağlatdın bəsdir!
Durduqca səssiz mən
Denən nədir qəsdin?!

[Bənd 2]
Könlümü sən qırdıqca
Bu qəlbim nəbz vurmur
Hər dəfə sən üzdükcə məni
Göz yaşlarım durmur

Güclüyəm yenə də
Güclüyəm yenə də
Güclüyəm yenə də
Mən güclüyəm hələ də

Güclüyəm yenə də
Güclüyəm yenə də
Güclüyəm yenə də
Mən güclüyəm hələ də
[Çıxış]
Qorxmuram daha mən
Güclüyəm yenə də
Qorxmuram daha mən
Güclüyəm hələ də