Song Page - Lyrify.me

Lyrify.me

Olmasan Olmaz by Eqo Lyrics

Genre: rap | Year: 2021

[Nəqarət]
Sən olmasan, olmaz
Bu həyat nə qədər gözəl olsa da
Sən yanımda olmasan, olmaz
Bu sevgi nə qədər möhkəm olsa da
Sən qəlbimdə olmasan, olmaz
Bağçanda çiçəklər gözəlliyinin qarşısında
Solmasa, olmaz
Gülüm, sən olmasan, olmaz

[1-ci hissə]
Açığı danışsam, bu bir film
Beləsini görən yox, yaşayan bilir
Həyatıma baxsan geridən bir il
”Bu adam Oscar'a layiq milyondan biri” deyərsən
Bəs necə insan sevir ki, bu qədər
Ömrünü qurban verir hər şeyə
Mən necə güzəştə gedib bu ömürə
”Sən olmasan, olmaz” dedim
Səhəri sənlə açıb, gecə sənlə yatmaq
Mən istəyirəm hər yediyimi sənlə dadmaq
Yenə səndən qaçıb, özümü səndə tapmaq
Mən artıq istəyirəm əbədi sənlə qalmaq
Bu həyat eşqini səndən alıram
Gəl ilham pərim ol, sənlə qalxaq
Sənə görə bütün zirvələri aşıb alaram
Sən olmasan, olmaz o həddə çatmaq
[Nəqarət]
Olmasan, olmaz
Bu həyat nə qədər gözəl olsa da
Sən yanımda olmasan, olmaz
Bu sevgi nə qədər möhkəm olsa da
Sən qəlbimdə olmasan, olmaz
Bağçanda çiçəklər gözəlliyinin qarşısında
Solmasa, olmaz
Gülüm, sən olmasan, olmaz

[2-ci hissə]
Onun dodaqları qırmızı, iz salır üzümə
O çəkinmir heç nədən, məni yaraşdırır özünə
O, o qədər çox baxır gözlərimin içinə
Gözlərimin rəngi çıxıbdır qızın gözünə
Təsəvvür eləyə bilmir yoxam onun yanında
O harda olsa, özümü orda tapıram
Çünki o qədər çox sevirəm ki bu qızı mən
Hətta bütün hamı qısqanır məni bu halıma
O yanımda olanda keçir ağrılarım
Mənə rahatlıq verirsə onun qayğıları
Yaradan nə gözəl yaradıb bu duyğuları
O səbəbidir belə gözəl mahnıların
Onun əli dəyir əlimə, bütün bədənim donur
Onun üzündəki təbəssüm üzümə qonur
Onun dəli baxışları məni məndən alır
Ürəyim bu sevgi oxunun hədəfi olub
[Nəqarət]
(Sən) olmasan, olmaz
Bu həyat nə qədər gözəl olsa da
Sən yanımda olmasan, olmaz
Bu sevgi nə qədər möhkəm olsa da
Sən qəlbimdə olmasan, olmaz
Bağçanda çiçəklər gözəlliyinin qarşısında
Solmasa, olmaz
Gülüm, sən olmasan, olmaz